Məzmuna keç

Dariya

Vikipediya, azad ensiklopediya
Dariya
ing. Daria
Janr komediya-dram, sitkom, satira, yetkinlik yaşına çatmışlar üçün televiziya proqramı[d][1]
Studiya
  • Heyday Media
  • MTV Animation
Ölkə
Dil ingilis dili[2]
Mövsümlərin sayı 5
Seriyaların sayı 65
Seriyanın müddəti 21–22 dəq.
Telekanal MTV
IMDb ID0118298
Rəsmi saytı

DariyaGlenn EichlerSusie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı.[3] Qlenn Eyxler və Süzi Luis Linn tərəfindən yaradılan bu serial 1997-ci il mart ayının 3-dən 2002-ci il yanvarın 21-nə qədər efirdə olub. Əsərin mərkəzində liseydə oxuyan, ağıllı və kinayəli münasibəti ilə seçilən Dariya Morqendorffer durur. Xanım Treysi Qrendstaf daha əvvəl Mayk Cacın "Beavis and Butt-Head" animasiya serialında səsləndirdiyi bu obrazı yenidən canlandırır.

"Beavis and Butt-Head" serialının spin-off layihəsi olan bu ekran əsərində epizodik personaj kimi peyda olan Dariyanın öz müstəqil hekayəsi nəql olunur.[4][5] Seriyaların müəllifi Mayk Cadc obrazın yeni serialda əsas qəhrəmana çevrilməsinə razılıq versə də, "King of the Hill" layihəsi üzərində çalışdığından, Dariya serialının istehsalında iştirak etmir.

Serialın əsas personajları

Serialın mərkəzi obrazı, kinayəli baxışları və iti zəkası ilə diqqət çəkən Dariya Morqendorffer, incəsənətə meyilli rəfiqəsi Ceyn Leynlə bərabər ətrafında baş verənləri soyuqqanlılıqla izləyir. Əhvalat Amerikanın Loundeyl adlı əyalət qəsəbəsində qurulur; burada orta məktəb mühitinin satirik təsviri, populyar mədəniyyətin tənqidi və sosial təbəqələr arasındakı ziddiyyətlər əks olunur.

Dariya səhnələrin böyük qismində ya ailəsi - anası Helen, atası Ceyk və özündən kiçik bacısı Kvinn - ya da rəfiqəsi Ceynlə kadra düşür. Hadisələr onun məktəb illərini əhatə edir və universiteti qazanması ilə sonlanır. Morqendorferlərin evindən kənarda əsas hadisələr qəribə xasiyyətli müəllim və şagirdlərlə dolu olan Londeyl dövlət məktəbində cərəyan edir.

Dördüncü mövsümdə Ceynin Tom Slounla yaxınlaşması əsas personajlar arasındakı münasibətləri dəyişir. Əvvəlcə Toma qarşı soyuq münasibət bəsləyən, rəfiqəsindən ayrı düşməkdən narahat olan Dariya zamanla ona isinişir, mövsümün son seriyasında onlar arasında öpüş baş tutur. "Is It Fall Yet?" adlı televiziya filmində Dariya, Tom və Ceyn arasındakı münasibətlərin dramatik və komik tərəfləri ön plana çəkilir. Beşinci mövsümdə isə Dariya ilə Tomun münasibətləri süjet xəttinin ağırlıq mərkəzini təşkil edir.

  1. https://i-d.vice.com/en_us/article/xwn5jz/13-coming-of-age-shows-teens-to-watch.
  2. fernsehserien.de (alm.).
  3. Suskind, Alex. "11 Animated Shows for Grownups". The New York Times. April 7, 2017. February 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2018.
  4. Rosenberg, Howard. "Brainy 'Beavis' Pal 'Daria' Spins Off". Los Angeles Times. March 3, 1997. İstifadə tarixi: August 23, 2010.
  5. Kuczynski, Alex. "Beavis and Butt-head's Feminine Side". The New York Times. May 11, 1998. İstifadə tarixi: August 11, 2010.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]