Məzmuna keç

Quibi

Vikipediya, azad ensiklopediya
Quibi
Loqonun şəkli
URL quibi.com
Tipi video yayım xidməti[d], OTT
Açılma tarixi avqust 2018
Bağlanma tarixi 21 oktyabr 2020

Quibi — 2018-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində Cefri Katzenberq tərəfindən əsası qoyulmuş qısa formalı mobil video platformasıdır.[1] Platforma 6 aprel 2020-ci ildə fəaliyyətə başlamışdır.[2][3]

50 orijinal proyekt ilə fəaliyyətə başlayan Quibi, 10 dəqiqədən çox olmayan bölümlər formasında yayımlanır.[4] Yayımları 3 əsas formatda cəmlənir:

  1. Split (Hissələrə ayrılmış) filmlər: Uzun filmlər 7-10 dəqiqəlik seqmentlər (bölümlər) formasında yayımlanır.
  2. Sənədli filmlər və ssenarisiz proqramlar: 10 dəqiqə və ya daha az olan epizodlarla (bölümlər) yayımlanır.
  3. Gündəlik məzmunlar: Xəbərlər və əyləncə sektorları istiqamətli 5-6 dəqiqəlik kontentlər.

Quibi "Turnstyle" adlı texnologiya sayəsində tam ekranda üfüqi və şaquli formatlar arasında dinamik keçid imkanı təklif edir.[5] İstifadəçi videoya baxarkən telefonunu çevirdiyi zaman görüntü sağa və ya sola əyilmir, ekranın mövqeyindən asılı olaraq əvvəlcədən fərqli çərçivəyə salınmış versiya ilə fasiləsiz formada davam edir.

  1. "Arxivlənmiş surət". 7 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2020.
  2. "Arxivlənmiş surət". 7 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2020.
  3. "Arxivlənmiş surət". 7 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2020.
  4. "Arxivlənmiş surət". 7 aprel 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2020.
  5. "Quibi's Tom Conrad Addresses Platform Skepticism And Reinvented Storytelling". 8 yanvar 2020 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]