Yenə nə şikvədir, Nəvvabi-vala
Mollalardan bizə dalbadal edər.
Hal əhli yox, qıla şərhi-halını
Bizi hesab edib əhli-hal, edər.
Mollalarda əzəldən var bu sifat,
Onlar adam ola heyhat! heyhat!
Diqqət etsən mənim qövlümə isbat,
Hədisi — "mənqalə və məqal" edər.
Mollaların gərdəninə vəbalim,
Bu şəhrdə iman qalırmı salim,
Dürüst baxsan "iza fəsədəl-alim",
Sənə bu barədə kəşfi-hal edər.
Ələlxüsus bizim filankəszadə,
Şəriəti verib bilmərrə badə,
Onun etdikləri düşəndə yadə,
Əfalından adam infial edər.