Məzmuna keç

zaman

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı zamanzamanlar
Yiyəlik halı zamanınzamanların
Yönlük halı zamanazamanlara
Təsirlik halı zamanızamanları
Yerlik halı zamandazamanlarda
Çıxışlıq halı zamandanzamanlardan

azərbaycanca: zaman

Etimologiya

[redaktə]

Ərəbcə زمان (zama:n(un)

Hecalama: za-man

Transkripsiya (BFƏ) : [zɑˈmɑn]

(file)

Mənalar :

1. Vaxt, müddət.
  • O hadisədən çox zaman keçdi.
  • – Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər.
  • [Birinci əyan:] Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi... Ü.Hacıbəyov.
  • Aradan üç aya qədər bir zaman keçmişdi. S.Hüseyn.
  • [Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı. M.Rzaquluzadə.
2. Adətən feillərdən sonra – bir hadisənin, işin baş verdiyi və ya baş vermiş olduğu vaxtı, anı bildirir.
  • O, danışdığı zaman mən getmişdim.
  • Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib özünə mehriban eləmişdi. “Koroğlu”.
  • İkinci şəhər məktəbinə getdiyim zaman Ə.Haqverdiyevlə tanış oldum. A.Şaiq.
3. Zəmanə, dövr, vaxt. Yaxşı zamanda yaşayırıq.
  • – Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev.
  • Zamanmı, insanmı dəyişdi yoxsa. B.Vahabzadə.
4. (Fəlsəfə) Sonsuz inkişaf edən materiyanın, vaxtın davamı və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq forması.
  • Məkan və zaman hər cür varlığın əsas formalarıdır.
5. (Dilçilik) İş və hərəkətin müəyyən vaxtda icra edilib-edilmədiyini bildirən feil şəkli.
  • Keçmiş zaman şəkilçiləri.
  • Qrammatik zaman anlayışı.
6. Vaxtı ilə, bir vaxt, əvvəllər, keçmişdə.
  • Bir zaman onlar yaxın dost idilər. – Bir zaman oldu bir belə qovğa; Külək ilə gün etdilər dəva. A.Səhhət
7. Az müddət, bir müddət, bir qədər vaxt.
  • Bir zaman durub gözlədim.
  • – Nə xoşdur bir zaman bir dilbərin eşqində yar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani

Frazeoloji birləşmələr : zaman keçdikcə, zamanın nəbzini tutmaq, zamanla ayaqlaşmaq

Törəmiş sözlər : zaman-zaman, zamana, axır zaman, bir zaman, çox zaman, eyni zamanda, heç bir zaman, heç zaman, hər zaman, nə zaman, o zaman ki

Mənbə : Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. Mətn

Mənsubiyyətə görə
Şəxs Adlıq Yiyəlik Yönlük Təsirlik Yerlik Çıxışlıq
Mənim zamanımzamanlarım zamanımınzamanlarımın zamanımazamanlarıma zamanımızamanlarımı zamanımdazamanlarımda zamanımdanzamanlarımdan
Sənin zamanınzamanların zamanınınzamanlarının zamanınazamanlarına zamanınızamanlarını zamanındazamanlarında zamanındanzamanlarından
Onun zamanızamanları zamanınınzamanlarının zamanınazamanlarına zamanınızamanlarını zamanındazamanlarında zamanındanzamanlarından
Bizim zamanımızzamanlarımız zamanımızınzamanlarımızın zamanımızazamanlarımıza zamanımızızamanlarımızı zamanımızdazamanlarımızda zamanımızdanzamanlarımızdan
Sizin zamanınızzamanlarınız zamanınızınzamanlarınızın zamanınızazamanlarınıza zamanınızızamanlarınızı zamanınızdazamanlarınızda zamanınızdanzamanlarınızdan
Onların zamanızamanları zamanınınzamanlarının zamanınazamanlarına zamanınızamanlarını zamanındazamanlarında zamanındanzamanlarından

türkcə:zaman (tr)

Etimologiya

[redaktə]

Ərəbcə زمان (zama:n(un)

Hecalama: za-man

Transkripsiya (BFƏ) : [zɑˈmɑn]

Mənalar :

1. (Fizika, Fəlsəfə) Bir işin baş verdiyi, verəcəyi və ya verməkdə olduğu vaxt, müddət, zaman.
  • Zaman geçtikçe hafifleyecek yerde, daha ziyade ağırlaşan bir vicdan azabı duyarım. - Ö. Seyfettin
2. Bu müddətin müəyyən bir hissəsi.
  • "Efendiler, az söylemek çok yapmak zamanı gelmiştir." - A. İlhan
3. Müəyyən edilmiş an.
4. Çağ, mövsüm.
  • Gül zamanı.
  • Çocukluk zamanı.
5. Bir işə ayrılmış və ya bir iş üçün adət edilmiş saatlar, vaxt.
6. Period, dövr.
  • Dedelerimizin zamanında burada bir kral yaşardı. - R. Mağden
7. (Astronomiya) Hadisələrin meydana gəlmə və davam etmə növbəsini müəyyən edən, müntəzəm və dövri astronomiya hadisələrini vahid olaraq istifadə edən xəyali bir məfhum.
8. (Dilçilik) Fellərin müəyyənləşdirdiyi indiki zaman, gələcək zaman kimi məfhum.
  • Geldi, gelmiş, geliyor, gelecek, gelir.
9. (Geologiya) Yer qabığının keçdiyi inkişafında müəyyən edilmiş və fosillərə görə dördə ayrılan geniş dövrlərdən hər biri.

Törəmiş sözlər :

Mənbə : Türk Dil Kurumu

İsim

zaman (gag)- azərbaycanca:zaman (gag)

İsim zaman (crh)- azərbaycanca:zaman (crh)